“Beşiktaş” Konyada qalibdir
Bakı,22 oktyabr, Tsport.az
Trendyol Süper Liganın 3-cü həftəsindən təxirə salınan qarşılaşmada “Beşiktaş”, səfərdə “TÜMOSAN Konyaspor”u 2-0 hesabı ilə məğlub edib.
” Tsport.az “ xəbər verir ki,“Konyaspor” səfərinə Sergen Yalçının rəhbərliyi ilə çıxan “Beşiktaş”, rəqibini Ndidi və Tammy Abrahamın golləri ilə keçərək 3 xalın sahibi olub.
“Beşiktaş” oyuna Ersin, Taylan, Paulista, Emirhan, Rıdvan, Ndidi, Orkun, Rafa Silva, Rashica, Devrim Şahin və Abraham ilk 11-i ilə başladı.
Ev sahibi “Konyaspor” isə Deniz, Andzouana, Adil, Bazoer, Guilherme, Ho Jo, Melih, Bardhi, Pedrinho, Muleka və Umut 11-i ilə meydana çıxdı. Qələbəni gətirən qolları 21-ci dəqiqədə Wilfried Ndidi və 72-ci dəqiqədə Tammy Abraham vurdu. Abrahamın bir qolu isə VAR qərarı ilə ləğv edildi.
Qeyd edək ki, bu nəticə ilə “Beşiktaş” xalını 16-ya yüksəldib, “Konyaspor” isə 11 xalda qalıb.

