Dünya Futbolu

“Beşiktaş”ın qapıcısı buna görə cəzalanıb

Bakı, 4 may, Tsport.az

Super Liqanın 34-cü turunda Fenerbahçe (Fənərbaxça) – “Beşiktaş” derbisində oyunu ləngitdiyi üçün Mert Günok sarı vərəqə alaraq cəzalanıb.

Tsport.az xəbər verir ki, Trendyol Super Liqasının 34-cü turunda keçirilən “Fenerbahçe” ilə “Beşiktaş” arasındakı vacib qarşılaşmada diqqətçəkən vərəqə epizodu yaşanıb. Qara-ağlıların qapıçısı Mert Günok qarşılaşmanın son dəqiqələrində oyunu yubatdığı səbəbilə sarı vərəqə alıb.

Bu vərəqə ilə Mert Günok Super Liqanın 35-ci turunda keçiriləcək “Adana Dəmirspor” qarşılaşmasında iştirak edə bilməyəcək.