Burak Yılmaza yeni vəzifə
Bakı, 19 avqust, Tsport.az
Türkiyənin “Gaziantep FK” klubu yeni baş məşqçisini açıqlayıb.
Tsport.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq. 38 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Burak Yılmaz son olaraq “Kasımpaşa” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.