“Chelsea” yeni transferini açıqladı
Bakı, 5 iyul , Tsport.az
İngiltərənin “Chelsea” klubu yay transfer pəncərəsində növbəti rəsmi keçidini açıqlayıb. Klubun rəsmi saytında yayılan məlumata görə, London təmsilçisi “Borussia Dortmund“un gənc ulduzu Jamie Bynoe-Gittensi heyətinə qatıb.
Tsport.az xəbər verir ki, 20 yaşlı sol cinah hücumçusu ilə 2032-ci ilin yayına qədər davam edəcək 7 illik müqavilə imzalanıb. Transferin maliyyə detalları rəsmi olaraq açıqlanmasa da, müxtəlif mənbələrə görə “Chelsea” bu keçid üçün “Borussia Dortmund” klubuna 54 milyon avro əsas məbləğ, əlavə 6 milyon avro bonus olmaqla ümumilikdə 60 milyon avro ödəyib.
Jamie Bynoe-Gittens futbol karyerasına “Manchester City” akademiyasında başlayıb. 2020-ci ildə Dortmundun gənclər sisteminə qoşulan futbolçu, 2022-ci ildən etibarən əsas komandada çıxış edirdi. O, 2024/25 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxaraq 12 qol və 5 assist ilə yadda qalıb.