DigərDünya Futbolu

Çiy ətdən zəhərləndi, 6 kq çəki itirdi

Bakı, 9 iyul, Tsport.az

Real Madrid klubunun hücumçusu Kylian Mbappénin ötən ay yaşadığı sağlamlıq problemi ilə bağlı dəqiq diaqnoz müəyyən edilib.

Tsport.az xəbər verir ki 26 yaşlı ulduz futbolçu qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

İyunun sonunda klublararası dünya çempionatının ABŞ-da keçirilən qrup mərhələsi zamanı gastroenterit diaqnozu qoyulan Mbappé oyuna çıxmamışdı. Daha sonra o, müalicə üçün xəstəxanaya yerləşdirilib və bir gün sonra evə buraxılıb.

Əvvəlcə futbolçunun vəziyyətinin səbəbi kimi istilikdən zərər görməsi (heatstroke) göstərilsə də, laborator analizlər nəticəsində çiy toyuq ətindəki bakteriyaların yoluxma mənbəyi olduğu müəyyən edilib. Zəhərlənmə Mbappé-nin bədən çəkisinə də təsir göstərib – hücumçu təxminən 6 kiloqram çəki itirib.