Dünya Futbolu

 “Dinamo”sunun əfsanəsi Polşada saxlanıldı

Üçqat SSRİ çempionu, Kiyev “Dinamo”sunun keçmiş futbolçusu İvan Yaremçuk Krakov hava limanında Polşa polisi tərəfindən saxlanılıb.

“Tsport.az” xəbər verir ki, bu barədə Champion.com.ua. nəşri məlumat dərc edib. 

Bildirilir ki, 63 yaşlı idmançı oktyabrın 10-da Ukrayna və Azərbaycan milli komandaları arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi planlaşdırılan veteranlar oyununda iştirak etmək üçün Polşaya gəlib.

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil. 

Leyla Sənani