Dünya Futbolu

Diogo Jotanın faciəvi ölümünün təfərrüatları

Bakı, 3 iyul , Tsport.az 

Liverpool”un və Portuqaliya millisinin hücumçusu Diogo Jota, 26 yaşlı qardaşı André Silva ilə birlikdə İspaniyanın Zamora əyalətində avtomobil qəzasında həlak olub.

Tsport.az xəbər verir ki, futbol dünyasını sarsıdan hadisə iyulun 3-nə keçən gecə baş verib.

Qəzanın detalları:

  • Hadisə A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya ərazisində baş verib.
  • Jotanın sürdüyü “Lamborghini” markalı avtomobil ötmə zamanı təkərin partlaması nəticəsində yoldan çıxaraq aşıb və yanmağa başlayıb.
  • Hər iki qardaş avtomobildən çıxa bilməyib və hadisə yerində həyatlarını itiriblər.
  • Qəza Valyadolid şəhərindən 70 mil qərbdə baş verib və bu yol Şimali Portuqaliyadan çıxan sürücülər üçün əsas marşrut sayılır.

Əlavə olaraq:

  • Diogo Jota iyunun 22-də uşaqlıq sevgilisi Rute Kardozoyla ailə həyatı qurmuşdu.
  • O, müsahibəsində özünü “dünyanın ən xoşbəxt adamı” adlandırmışdı.
  • Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa və FIFA prezidenti Canni İnfantino hadisə ilə bağlı başsağlığı veriblər.