Diogo Jotanın faciəvi ölümünün təfərrüatları
Bakı, 3 iyul , Tsport.az
“Liverpool”un və Portuqaliya millisinin hücumçusu Diogo Jota, 26 yaşlı qardaşı André Silva ilə birlikdə İspaniyanın Zamora əyalətində avtomobil qəzasında həlak olub.
Tsport.az xəbər verir ki, futbol dünyasını sarsıdan hadisə iyulun 3-nə keçən gecə baş verib.
Qəzanın detalları:
- Hadisə A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya ərazisində baş verib.
- Jotanın sürdüyü “Lamborghini” markalı avtomobil ötmə zamanı təkərin partlaması nəticəsində yoldan çıxaraq aşıb və yanmağa başlayıb.
- Hər iki qardaş avtomobildən çıxa bilməyib və hadisə yerində həyatlarını itiriblər.
- Qəza Valyadolid şəhərindən 70 mil qərbdə baş verib və bu yol Şimali Portuqaliyadan çıxan sürücülər üçün əsas marşrut sayılır.
Əlavə olaraq:
- Diogo Jota iyunun 22-də uşaqlıq sevgilisi Rute Kardozoyla ailə həyatı qurmuşdu.
- O, müsahibəsində özünü “dünyanın ən xoşbəxt adamı” adlandırmışdı.
- Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa və FIFA prezidenti Canni İnfantino hadisə ilə bağlı başsağlığı veriblər.