Dünya Futbolu

Dünya çempionu Luis Galván 78 yaşında vəfat etdi

Bakı, 6 may, Tsport.az

Argentina futbolu bu gün böyük itki ilə üzləşib.

Tsport.az xəbər verir ki, 1978-ci ilin dünya çempionu, milli komandanın sabiq üzvü Luis Galván 78 yaşında dünyasını dəyişib. Futbol əfsanəsi böyrək infeksiyası səbəbilə xəstəxanada vəfat edib.

Galván, Argentina millisində 34 dəfə forma geyinmiş, 1978-ci ildə keçirilən dünya çempionatında komandasına qələbə qazandıran əsas oyunçulardan biri olmuşdu. O, həmçinin Diego Maradona ilə eyni dövrdə milli komandanın şərəfini qorumuşdu.

Argentina Futbol Assosiasiyası başsağlığı verərək Galvánın futbol tarixindəki yerini ehtiramla yad edib.