Dünya Futbolu

Dünyanın ən çox qazanan 10 futbolçusu – SİYAHI

Portuqaliyalı ulduz və Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun futbolçusu Kriştiano Ronaldo 2025-26 mövsümündə dünyanın ən çox qazanan futbolçusu olacaq.

“Tsport.az” xəbər verir ki, bunu “Forbes”in yeni reytinqi təsdiqləyir.

Jurnalistlərin fikrincə, Ronaldonun bu mövsüm “Əl-Nassr”da qazancı 230 milyon dollar olacaq. İndossament müqavilələri 40 yaşlı idmançıya əlavə 50 milyon dollar qazandıracaq və onun ümumi gəlirini 280 milyon dollara çatdıracaq.

38 yaşlı argentinalı Lionel Messinin qazancı isə 130 milyon dollara çatacaq. Reytinqin üçüncü pilləsində Kərim Benzema qərarlaşıb. 37 yaşlı fransızın bu mövsüm 104 milyon dollar qazanacağı proqnozlaşdırılır.

Dünyanın ən çox qazanan 10 futbolçusunu təqdim edirik: 

1. Kriştiano Ronaldo, 40 yaş – 280 milyon dollar.

2. Lionel Messi, 38 yaş – 130 milyon dollar.

3. Kərim Benzema, 37 yaş – 104 milyon dollar

4. Kilian Mbappe, 26 yaş – 95 milyon dollar.

5. Erling Haaland, 25 yaş – 80 milyon dollar

6. Vinisius Junior, 25 yaş – 60 milyon dollar

7. Mohamed Salah, 33 yaş – 55 milyon dollar.

8. Sadio Mane, 33 yaş – 54 milyon dollar

9. Jude Bellingham, 22 – 44 milyon dollar

10. Lamin Yamal, 18 yaş – 43 milyon dollar.

Dünyanın ən zəngin on futbolçusu birlikdə cari mövsümdə təxminən 945 milyon dollar qazanacaq.

Leyla Sənani