Dünya Futbolu

Edin Dzeko Bosniya və Herseqovinaya qələbə qazandırdı

Bakı, 7 iyun , Tsport.az 

DÇ-2026-nın Avropa seçmə mərhələsinin H qrupunda Bosniya və Herseqovina öz meydanında San Marino ilə qarşılaşdı və Edin Dzekonun vurduğu yeganə qolla 1:0 hesabı ilə qalib gəldi.

Tsport.az xəbər verir ki, “Bilino Polje” stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmadı. İkinci hissədə isə 66-cı dəqiqədə Dzekonun zərbəsi Bosniya və Herseqovinaya vacib üç xal qazandırdı.

Bu nəticə ilə Bosniya və Herseqovina seçmə mərhələdə 3-cü qələbəsini əldə edərək xallarını 9-a yüksəltdi və liderliyini davam etdirdi. San Marino isə ardıcıl 3-cü oyunda məğlub olaraq xalsız qaldı.