Əfqan qadınlar uzun aradan sonra futbola qayıtdılar
“Taliban”ın qadınlara 2021-ci ildə tətbiq etdiyi futbol qadağasına baxmayaraq, əfqanıstanlı qadınlar Çad yığmasına qarşı oyun keçiriblər.
“Tsport.az” xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü baş tutan oyunda əfqan qadınlar 1:6 hesabı ilə məğlub olublar.
Məğlubiyyətə baxmayaraq, xanım futbolçular uzun aradan sonra yaşıl meydanlara qayıtmağın sevincini yaşayıblar.
Leyla Sənani

