Dünya Futbolu

“Galatasaray”da Osimhen şousu!

Bakı,22 oktyabr,   Tsport.az

UEFA Çempionlar Liqasının 3-cü turunda “Galatasaray” öz meydanında “Bodo/Glimt”i 3:1 hesabı ilə məğlub edərək qrupda iddiasını davam etdirdi.

” Tsport.az “ xəbər verir ki, Gecənin qəhrəmanı olan Victor Osimhen dubla imza ataraq oyuna damğa vurdu və sarı-qırmızılı azarkeşləri coşdurdu. Komandanın digər qolunu Yunus Akgün qeydiyyata aldırdı. Norveç təmsilçisi isə yalnız bir dəfə hesab arasındakı fərqi azaltmağı bacardı.

Bu nəticə ilə Galatasarayın xalı 6-ya yüksəldi və komanda (matç fazlası ilə) qrup cədvəlində 11-ci pilləyə qalxdı. “Bodo/Glimt” isə 3 turdan sonra 2 xalla yoluna davam edir.

Növbəti turda Galatasaray səfərdə “Ayaks”la qarşılaşacaq. İstanbul təmsilçisi qələbə qazanacağı halda, qrupdan çıxmaq yolunda böyük üstünlük əldə edəcək.