Dünya Futbolu

“Galatasaray”ın İlkay Gündoğan transferindən niyə əl çəkdiyi üzə çıxdı

Bakı, 21 avqust  , Tsport.az

“Manchester City”dən İlkay Gündoğanı transfer etmək istəyən “Galatasaray”ın bu addımdan niyə imtina etdiyi məlum olub.

Tsport.az xəbər verir ki, Yay transfer dönəmi boyunca adı “Galatasaray”la hallanan İlkay Gündoğandan sarı-qırmızılılar imtina etmişdi. “Manchester City”ilə daha bir il müqaviləsi olan 34 yaşlı ulduzun İngilis klubundan ayrılacağı danışılırdı, lakin “Galatasaray” transferdən geri çəkildi.

Pep Guardiola son günlərdə etdiyi açıqlamada heyətdəki oyunçu sayının çox olduğunu və bəzi adların göndərilməli olduğunu demişdi: “Bütün turnirlərdə mübarizə apara biləcək güclü heyət istəyirəm, amma heç kəsi evdə buraxmaq istəmirəm. Bu, sağlam deyil və yarışlar üçün düzgün atmosfer yaratmaz.”

Mövsümün ilk həftəsində Wolverhampton qarşısında ehtiyat oyunçular skamyasında oturan İlkay, Tottenham matçında isə heyətə salınmamışdı.

Almaniyanın Bild qəzetinin məlumatına görə, 34 yaşlı futbolçunun “Manchester City”dən ayrılma ehtimalı yüksəkdir və Bundesliqaya qayıtma şansı təxminən 50 faizdir. Bundan başqa, Serie A da mümkün istiqamətlər arasında göstərilir.

“Galatasaray” tərəfində isə iddialar fərqlidir. Sarı-qırmızılıların, İlkay Gündoğanın yüksək maaş tələbi ilə qarşılaşdıqdan sonra transferdən imtina etdiyi irəli sürülüb. Bu inkişaf, təcrübəli ulduzun “Galatasaray “formasını geyinməsinin artıq çox az ehtimal olduğunu göstərir.