Dünya Futbolu

Hakan Çalhanoğlundan “Galatasaray” açıqlaması

Bakı, 28 iyun , Tsport.az 

Galatasaray“ın heyətinə qatmaq istədiyi Hakan Çalhanoğlundan təəccüblü hərəkət gəlib. Türkiyəli futbolçunun klubu “İnter“ə “Galatasaray”a getmək istədiyini açıqladığı və diqqətçəkən çıxış etdiyi iddia edilib.

Tsport.az xəbər verir ki, transferə Leroy Sane ilə başlayan “Galatasaray” yeni adlarla danışıqlarını sürətini azaltmadan davam etdirir. Sarı-qırmızılıların hədəfində olan futbolçulardan birinin Hakan Çalhanoğlu olduğu bildirilib.

“İnter”in milli futbolçu üçün 30-35 milyon avroluq transfer haqqı istəməsindən sonra “Galatasaray” bu transferi gözləməyə başlamışdı.
“Sabah”da çıxan xəbərə görə, Hakan Çalhanoğlu transfer qiymətini aşağı salmaq üçün “İnter”lə oturub.
Hakan Çalhanoğlunun “İnter” rəhbərliyinə “Milan”dan ayrılarkən yanınıza pulsuz gəldim. 4 il əlimdən gələni etdim. Futbolçu karyeramı “Galatasaray”da davam etdirmək istəyirəm. İstəyirəm ki, işimi asanlaşdırasınız. Evimə gedim” dediyi iddia edilib.