Dünya Futbolu

İsveç millisinin yeni baş məşqçisi bəlli olub

Bakı, 20 oktyabr, Tsport.az

Keçmiş “West Ham” çalışdırıcısı Graham Potter İsveç milli komandasının baş məşqçisi təyin olunub.

Tsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu vəzifəyə müvəqqəti olaraq, komandanın DÇ-2026 seçmə mərhələsində uğurlu çıxış etməsinə kömək məqsədilə gətirilib.

Potter bildirib:

“Bu tapşırıq mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. İsveçdə Avropanın ən yaxşı liqalarında çıxış edən istedadlı futbolçular var.”

Potter, Jon Dahl Tomassonun “Kosovo” ilə 0:1 hesablı məğlubiyyətindən sonra vəzifədən uzaqlaşdırılmasının ardından komandanın sükanı arxasına keçib.

Xatırladaq ki, Potter 2017-ci ildə İsveçin “Östersund” klubunu dörd il ərzində dördüncü liqadan elitaya qədər qaldırmış və kubokun qalibi etmişdi.