Dünya Futbolu

Jordan Henderson “Brentford”-a keçməyə yaxındır

Bakı, 11 iyul, Tsport.az

“Ajax” klubundan ayrıldıqdan sonra təcrübəli yarımmüdafiəçi Jordan Hendersonun karyerasını harada davam etdirəcəyi məlum olub.

Tsport.az xəbər verir ki, İngiltərə mətbuatı və tanınmış transfer insayderi Fabrizio Romanonun verdiyi məlumata əsasən, 35 yaşlı futbolçu “Brentford” ilə razılığa gəlib.

Tərəflər yaxın günlərdə iki illik müqavilə imzalayacaqlar. Beləliklə, Henderson Premyer Liqaya geri dönəcək.

Xatırladaq ki, Henderson uzun illər “Liverpool” formasını geyinib. Daha sonra “Al-Ettifaq” klubuna transfer olunmuşdu. Oradan isə qış transfer dövründə “Ajax”-a keçmişdi.