Jotanın maaşı ailəsinə veriləcək
Bakı, 5 iyul , Tsport.az
İngiltərənin “Liverpool” klubu, faciəvi şəkildə dünyasını dəyişən hücumçusu Diogo Jotanın 2027-ci ilə qədər olan əmək müqaviləsi üzrə bütün maaşını onun ailəsinə ödəyəcək. Bu barədə məlumatı Portuqaliya mətbuatı yayıb.
Tsport.az xəbər verir ki, Jotanın illik maaşının təxminən 4 milyon funt sterlinq olduğu bildirilir və müqaviləsinin başa çatmasına iki il qalmışdı. Klubun bu qərarı, həm futbolçunun ailəsinə dəstək, həm də onun xatirəsinə hörmət jesti kimi qiymətləndirilir.
Bundan əlavə, “Liverpool” rəhbərliyi Jotanın geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxarmaq qərarına gəlib. Bu addım, klubun tarixində xüsusi yer tutan futbolçulara göstərilən ənənəvi ehtiramın bir nümunəsidir.
Diogo Jota 2020-ci ildən etibarən “Liverpool”un formasını geyinmiş, bu müddət ərzində 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, klubla birlikdə İngiltərə çempionluğu, FA Kuboku və İngiltərə Liqa Kuboku kimi titullar qazanmış, Portuqaliya millisində isə iki dəfə UEFA Millətlər Liqasının qalibi olmuşdu.