“Juventus” Daniele Ruganinin müqaviləsini uzatdı
Bakı, 20 oktyabr, Tsport.az
İtaliyanın “Juventus” klubu müdafiəçi Daniele Rugani ilə yeni müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, 31 yaşlı futbolçu 2028-ci ilin 30 iyununa qədər Turin təmsilçisində çıxış etməyə davam edəcək.
Qeyd edək ki, Rugani 2013-cü ilin yayında “Empoli”dən “Juventus”a transfer olunub və bu mövsüm 4 rəsmi oyunda meydana çıxıb.