Kovaçiç “Mançester Siti”dən ayrılır?
Xorvatiyalı peşəkar futbolçu Mateo Kovaçiçin “Mançester Siti”dəki gələcəyi sual altına düşüb.
“Tsport.az” xəbər verir ki, “Vest Hem” və “Aston Villa” 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Məlumata görə, təcrübəli futbolçunun “Siti” ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədə olsa da, onun mövsüm sonunda klubdan ayrılacağı gözlənilir.

