Dünya Futbolu

“Liverpool” gözünü Olli Watkinsə dikdi – 68 milyonluq təklif masadadır

Bakı, 23 aprel, Tsport.az

Yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyən “Liverpool”, “Aston Villa”nın aparıcı forvardı Ollie Watkins üçün hərəkətə keçib.

Tsport.az xəbər verir ki, “qırmızılar” 29 yaşlı hücumçuya görə 68 milyon avro ödəməyə hazırdır. Watkins bu mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 16 dəfə rəqib qapılarını dəlik edib, 13 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, o, “Aston Villa”nın təkcə məhsuldar oyun quruculuğunda deyil, həm də hava toplarında üstünlüyü ilə seçilən əsas fiqurlarından biridir.

Transferin yayda reallaşması ehtimalı yüksək dəyərləndirilir.