“Manchester United”dən 18 yaşlı transfer
Bakı, 5 iyul , Tsport.az
İngiltərənin “Manchester United” klubu yay transfer pəncərəsində Paraqvaylı cinah müdafiəçisi Diego Leonu heyətinə cəlb edib.
Tsport.az xəbər verir ki, 18 yaşlı futbolçu Paraqvayın “Serro Porteno” klubundan transfer olunub və onun keçidi 5 iyul 2025-ci ildə rəsmiləşib.
Leon artıq böyüklər səviyyəsində 33 oyunda iştirak edib, 4 qol vurub və sol cinah müdafiəçisi kimi çıxış edir. O, həmçinin Paraqvayın U-20 millisinin üzvüdür və gənc yaşına baxmayaraq, beynəlxalq səviyyədə də təcrübə qazanıb.
Transferin maliyyə detalları açıqlanmasa da, bəzi mənbələrə görə bu keçid 3.2 milyon funt sterlinq qarşılığında baş tutub və bonuslarla birlikdə məbləğ 7 milyona qədər yüksələ bilər. Diego Leon “Manchester United” tarixində ilk paraqvaylı futbolçu kimi də yadda qalacaq.
Klubun açıqlamasında qeyd olunub ki, Leon həm əsas komanda, həm də akademiya ilə inteqrasiya olunacaq və uyğunlaşma dövründə hərtərəfli dəstək alacaq.