Dünya Futbolu

Marcus Rashford 40 milyonluq təklifi rədd etdi

Bakı, 13 iyul , Tsport.az

Manchester United“da gələcək planlarda yer almayan Marcus Rashford yay transfer dövründə komandanı tərk etməyə yaxındır. İngiltərə klubunun yeni transferi Matheus Cunha 10 nömrəli formaya sahib olarkən, Rashfordun hansı komandaya keçəcəyi sual altındadır.

Tsport.az xəbər verir ki, “Manchester United” ötən mövsümdə tarixinin ən zəif çıxışlarından birini göstərdi. Ruben Amorim rəhbərliyində komanda yeni mövsümdə toparlanmaq və üst sıralara yüksəlmək niyyətindədir.

“Mundo Deportivo’nun xəbərinə görə, Marcus Rashforda Səudiyyə Ərəbistanından illik 40 milyon avroluq təklif göndərilib. Lakin ulduz futbolçu bu təklifi qəbul etməyib

İngilis hücumçu karyerasını Barcelonada davam etdirmək istəyir. ‘Katalon‘ klubu da Rashfordla maraqlanır. Manchester United rəhbərliyi oyunçunun satışına 30–40 milyon avro arası bir qiymətlə razı ola bilər. Rashford isə bu transferin bir an öncə baş tutmasını istəyir.

“Barcelon”a, La Liganın maliyyə fair play qaydalarına görə ehtiyatla hərəkət edir. Üstəlik, Nico Williamsın Athletic Bilbao“da qalması bu prosesi daha da yavaşıda bilər.

Marcus Rashfordun gələcəyi yaxın günlərdə daha da aydınlaşacaq. Kataloniyaya keçid isə ulduz futbolçunun ən böyük arzusu kimi görünür.