Mbemba “Lille”də yenidən parlayır
Bakı, 20 oktyabr, Tsport.az
“Marseille“də bir il əsas heyətdən kənarda qalan müdafiəçi Chancel Mbemba, yeni komandası “Lille“də özünü yenidən sübut edir.
Tsport.az xəbər verir ki, Fransa Liqa 1-də “Nantes” üzərində 2:0 hesablı qələbədən sonra matçın ən yaxşı futbolçusu seçilən konqolu oyunçu həm “Lille”in prezidenti Olivier Létang, həm də sabiq klubu “Marseille”in rəhbəri Pablo Longoriaya təşəkkür edib.
Mbemba bildirib:
“Mən ‘Marseille’i hörmətlə xatırlayıram. Klubun prezidenti Longoria’ya, azarkeşlərə və keçmiş komanda yoldaşlarıma təşəkkür edirəm. Onların sayəsində irəlilədim və öz gücümü göstərə bildim.”