Messi yeni rekorda imza atdı
“İnter Mayami” və “Neşvill” arasında MLS-nin pley-off mərhələsinin birinci turunun ilk oyunu baş tutub.
“Tsport.az” xəbər verir ki, görüş Mayami təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Çəhrayilər”in heyətində Lionel Messi dubla imza atıb. O, bu qollarla MLS-də yeni rekord müəyyənləşdirib.
Belə ki, Messi 39 qolla bir təqvim ilində ən çox qol vuran Denis Buanqa (38 qol, 2013-cü il) və Karlos Velanı (38, 2019) keçib.

