Dünya Futbolu

“Milan” İkardinin transferinə hazırlaşır

İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan “Milan” yanvar transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır. Komandanın baş məşqçisi Massimiliano Alleqri müdafiə, cinah və hücum xətti üçün dəqiq transferlər istəyib.

“Tsport.az” “Calcio Mercato” nəşrinə istinadən xəbər verir ki, “Milan” “Qalatasaray”la mövsümün sonunda müqaviləsi başa çatacaq Mauro İkardini transfer etmək istəyir.

Məlumata görə, Alleqri argentinalı forveti komandasında görməyə çox maraqlıdır.

Klubun İkardini heyətinə qatmaq üçün yaxın zamanda addım ata biləcəyi qeyd olunur.

Leyla Sənani