Dünya Futbolu

“Monaco” Ansu Fati ilə icarə və transfer razılaşmasına yaxındır

Bakı, 24 may, Tsport.az

Fransa Liqa 1-in nüfuzlu klublarından olan “Monaco”, “Barcelona”nın hücumçusu Ansu Fatini heyətinə qatmaq üçün aktiv danışıqlardadır.

Tsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi ispan hücumçunu əvvəlcə icarəyə götürməklə yanaşı, sonradan tam transfer etmək niyyətindədir.

Ansu Fati özü də bu keçidə müsbət yanaşır və Fransa klubuna qoşulmağa hazırdır.

Qeyd etmək lazımdır ki, cari mövsüm Fati “Barcelona”nın heyətində bütün turnirlərdə 11 matçda iştirak etsə də, hələ qol vurmaqda çətinlik çəkir.