Noa Lang “Napoli”də
Bakı, 17 iyul, Tsport.az
İtaliyanın “Napoli” klubu yeni transferini rəsmən açıqlayıb. Klub Niderlandın “PSV” komandasından Noa Langı heyətinə qatıb.
Tsport.az xəbər verir ki, Hollandalı futbolçu 2024/25 mövsümündə “PSV” forması ilə bütün turnirlərdə 44 oyuna çıxıb. O, bu qarşılaşmalarda 14 qol vurub və 12 qolun ötürməsini edib.
“Napoli” bu transferlə hücum xəttini gücləndirməyi hədəfləyir.