Orkun Kökçü “Beşiktaş”da
Bakı, 13 iyul , Tsport.az
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib. Klub, “Benfica“dan Orkun Kökçünü transfer edib.
Tsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dünən İstanbula gəlib. Bu gün imza mərasimi keçiriləcək.
Türkiyə millisinin üzvü bir mövsümlük icarəyə götürülüb. Mövsüm sonunda “Beşiktaş” 30 milyon avro ödəyərək onun transfer hüququnu ala bilər.
Orkun Kökçü ötən mövsüm “Benfica” ilə 55 rəsmi oyunda iştirak edib, 12 qol vurub və 10 assist edib.
Qeyd edək ki, o, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün – “FC Volendam”da çıxış edən futbolçunun – kiçik qardaşıdır.