Dünya Futbolu

“PSG” qapıçısı Lucas Chevalier hələ ki, gözləniləni vermir

Bakı, 21 oktyabr, Tsport.az

Yay transfer pəncərəsinin ən çox müzakirə olunan qərarlarından biri “PSG“-nin Gianluigi Donnarumma ilə yollarını ayırması olub.

Tsport.az xəbər verir ki, klub onun yerinə “Lille“-də parlayan gənc qapıçı Lucas Chevalieri transfer edib.

Lakin hələlik fransalı qolkiper sabiq klubundakı qədər inamlı təsir bağışlamır. Bu, həm fərqli oyun üslubundan, həm də taktiki roldakı dəyişikliklərdən qaynaqlanır.