“PSG”dən Yamala xüsusi təklif
Bakı, 19 mart, Tsport.az
“PSG” “Barcelona“nın gənc futbolçusu Lamine Yamalı transfer etməyi planlaşdırır.
Tsport.az xəbər verir ki, Paris klubu 17 yaşlı oyunçunun xidmətlərinə maraq göstərir.
“PSG”-nin, Yamala cəlbedici bir maaş təklifi etdiyi və onu klubun tarixində rekord maaşa sahib oyunçuya çevirməyə hazır olduğu bildirilir.