Dünya Futbolu

“Rangers” hələ də yeni baş məşqçi tapmayıb

Bakı, 20 oktyabr, Tsport.az

Russell Martinin klubdan ayrılmasından iki həftə keçsə də, “Rangers”in yeni baş məşqçisinin kim olacağı hələ də məlum deyil.

Tsport.az xəbər verir ki, əvvəlcə Steven Gerrard komandaya qayıtmaq təklifi alsa da, “uyğun zaman olmadığını” bildirərək bu variantı rədd edib.

Danny Rohl ilkin danışıqlardan sonra namizədlikdən geri çəkilmişdi, lakin sonradan onun yenidən siyahıya qayıtdığı bildirilir.

Bazar günü isə Kevin Muscat ilə razılaşma baş tutmayıb.

Komandanın “Dundee United” ilə evdə 2:2 hesablı bərabərlik azarkeşlərin səbrini daşırıb. “Rangers” rəhbərliyi azarkeşlərin etirazı ilə üz-üzə qalıb.