“Real Madrid” Rodriqonun transfer qiymətini müəyyənləşdirdi!
Bakı, 19 avqust, Tsport.az
İspaniya nəhəngi “Real Madrid”, Avropanın aparıcı klublarının maraq dairəsində olan Rodriqo üçün transfer qiymətini açıqlayıb.
Tsport.az xəbər verir ki, “Defensa Central”da yer alan məlumata görə, Madrid klubu Rodriqo üçün 100 milyon avro tələb edir.
Futbolçu ilə “Mançester Siti” və “Liverpul”un maraqlandığı da xəbərlər arasında yer alıb.
Bundan başqa, “Real Madrid” Rodriqonu satacağı halda əldə olunacaq transfer gəlirini İbrahima Konate və Adam Uorton üçün istifadə etməyi planlaşdırır.
2019-cu ildə “Santos”dan “Real Madrid”ə transfer olunan Rodriqo, ötən mövsüm bütün turnirlərdə 54 oyunda iştirak edib və 14 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Zəhra Mansırova