Dünya Futbolu

“Real Madrid”in ulduzu transfer şərtlərini açıqladı

“Fenerbahçe”nin transfer siyahısında yer aldığı iddia edilən “Real Madrid”in gənc futbolçusu Endrick ilə bağlı maraqlı inkişaf yaşanıb.

“Tsport.az” xəbər verir ki,  braziliyalı hücumçu onunla maraqlanan klublar üçün transfer şərtlərini açıqlayıb.

19 yaşlı futbolçu bu mövsüm Xabi Alonso rəhbərliyi altında kifayət qədər oyun şansı qazana bilmədiyi üçün komandadan ayrılmaq qərarı verib. O, daha çox meydanda ola biləcəyi, oyun müddətinə zəmanət veriləcək klubda çıxış etmək istəyir.

Endrick üçün yalnız “Fenerbahçe” deyil, eyni zamanda “Marsel”, “Espanyol” və “Borussia Mönchengladbach” kimi klubların da maraq göstərdiyi bildirilir.

Leyla Sənani