Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək
Bakı, 13 iyul, Tsport.az
İngiltərənin “Liverpool” klubunun keçmiş hücumçusu Roberto Firmino yeni mövsümdən Qətər təmsilçisi “Al-Sadd”-da oynayacaq.
Tsport.az xəbər verir ki, 33 yaşlı braziliyalı forvard artıq yeni klubunda çıxış edəcək.
Qeyd edək ki, Firmino 2023-cü ildən Səudiyyə Ərəbistanının “Al-Ahli” komandasında oynayıb və orada keçirdiyi 65 görüşdə 21 qol vuraraq, 17 məhsuldar ötürmə verib.