Ronaldu 950 qol vuran ilk futbolçu oldu
Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasında 950 qol vuran ilk futbolçu olub.
“Tsport.az” xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının altıncı turunun “Əl-Həzm”lə səfər matçında qol vurub. Onun qolu hesabı 2-0 “Əl-Nassr”ın xeyrinə edib.
Ronaldonun ən yaxın rəqibi Lionel Messidir. “İnter Mayami”də çıxış edən argentinalı hücumçu 891 qola imza atıb.
Leyla Sənani

