Dünya Futbolu

Rəsmilər onu göstərdi, Arda Güler heyrətini gizlədə bilmədi: Çempionlar Liqası matçından sonra dünyanın danışdığı an

Bakı, 23 oktyabr, Tsport.az

UEFA Çempionlar Liqasının 3-cü turunda “Real Madrid” evdə “Juventus” üzərində 1:0 hesablı qələbə qazandı. Oyunun yeganə qolunu Jude Bellingham vurdu. Görüşə start heyətində başlayan Arda Güler isə möhtəşəm çıxışı ilə diqqət çəkdi və matçın ən yaxşı futbolçusu seçildi.

Tsport.az xəbər verir ki, 74 dəqiqə meydanda qalan türkiyəli futbolçu 7 açar ötürmə, 97 faiz dəqiq pas göstəricisi, 6-dan 6 uzun ötürmə dəqiqliyi, 100 faiz uğurlu driblinq və 10 sahibsiz top qazanmaqla oyuna damğasını vurdu.

Matçın oyunçusu seçildiyini rəsmi şəxslərdən öyrənən Arda Güler bu xəbərə heyrətlənərək emosiyalarını gizlədə bilmədi. Gənc futbolçunun həmin anları kameralar tərəfindən qeydə alınıb və UEFA Çempionlar Liqasının rəsmi sosial media hesabında paylaşılaraq yüz minlərlə bəyənmə toplayıb.