Sergen Yalçın: “Azarkeşlərimizin acı çəkdiyini bilirik amma…”
Bakı,22 oktyabr, Tsport.az
Trendyol Süper Liqanın 3-cü turundan təxirə salınan qarşılaşmada “Tümosan Konyaspor” ilə “Beşiktaş” üz-üzə gəlib. MEDAŞ Konya Büyükşehir Stadionunda oynanan matçdan “Beşiktaş” 2-0-lıq qələbə ilə ayrılıb.
Görüşün ardından “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın beIN SPORTS-a açıqlamalar verib.
” Tsport.az “ xəbər verir ki, Sergen Yalçın matçı belə dəyərləndirdi:
“Bizim üçün çətin bir oyun oldu. Xüsusilə həftə sonu evdə heç olmaması gərəkən bir nəticə ilə üzləşdik. Bu da təbii olaraq oyunçu qrupunun psixologiyasını pozdu. Dörd gün sonra belə çətin bir səfərdə oynamaq bizim üçün asan deyildi. Bir az ikinci zona futbolu oynadıq, rəqibin gəlməsini gözlədik. Bu gün üçün doğru oyun modeli belə görünürdü.”
“Rəqibin səhvlərindən faydalanmaq istəyirdik və bunu da planladıq. Nəticədə Ndidi-dən gözəl bir qol gəldi. Duran toplar üzərində çox ciddi məşq edirik və həmin qol bunun məhsulu idi. Çalışdığın bir şeyin nəticəsini görmək baş məşqçi üçün sevindiricidir.”
“Azarkeşlərimizin acı çəkdiyini bilirik amma zaman lazımdır”
“Bizim üçün çətin bir qarşılaşma idi, həm ertələnmiş oyun, həm də itkilərimiz var idi. Qazanmaq çox önəmli idi və ən azından moral topladıq. İndiyə qədər olan performansımızın fərqindəyik — bu, hələ tam bir ‘komanda performansı’ deyil.”
“Azarkeşlərimizin gözləntisini də bilirik amma asan deyil. Yeni bir komanda qururuq, yeni mövsümə yeni bir strukturlə başladıq. Azarkeşlərimizin və camiamızın bəzi oyunlarda acı çəkdiyini bilirik, amma zaman lazımdır. Bir az vaxta ehtiyacımız var. Zaman keçdikcə ‘Beşiktaş’ın daha yaxşı yerlərə gələcəyinə inanıram.”
“Hədəf — seriya qurmaq”
“Bu gün üçün xoşbəxtik. İnşallah həftə sonu da qazanıb yolumuza davam edərik.”