Dünya Futbolu

“Sporting” Viktor Gyökeres üçün 60+10 milyonluq təklifləri qəbul etməyəcək

Bakı, 29 iyun , Tsport.az 

Sporting” klubunun prezidenti Frederico Varandas, komandanın forvardı Viktor Gyökeresin mümkün transferi ilə bağlı mövqeyini açıqlayıb.

Tsport.az xəbər verir ki, Varandas bildirib:

“Qiyməti açıqlamayacağam, çünki oyunçu özü də bunu bilir. Amma sizə deyə bilərəm ki, Viktor 60+10 milyon avroya getməyəcək. Bu, baş verməyəcək.”

Qeyd edək ki, daha əvvəl mətbuatda Gyökeresin 60 milyon avro + 10 milyon bonus qarşılığında satılacağı xəbərləri yayılmışdı. Lakin yay transfer pəncərəsində bu rəqəmlər təklif edilmədiyindən, futbolçunun rəhbərliklə münasibətlərində gərginlik yaranıb.

İsveç millisinin hücumçusu ilə Manchester United, Arsenal və Juventus kimi klublar maraqlanır.

Gyökeres ötən mövsüm “Sporting”in heyətində 52 oyunda 54 qol və 13 assist ilə möhtəşəm performans nümayiş etdirib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Bu açıqlamadan sonra, transfer bazarında Gyökeresin qiyməti daha da yüksələ bilər.