“Stuttgart” ev oyunlarında məğlubedilməzliyi davam etdirir
Bakı, 20 oktyabr, Tsport.az
Almaniyanın “Stuttgart” klubu bu mövsüm ev oyunlarında mükəmməl performans nümayiş etdirib.
Tsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi keçirdiyi üç ev matçında qol buraxmadan qələbə qazanıb.
Top-5 Avropa liqaları arasında bu göstəriciyə malik ikinci komanda yoxdur.
“Stuttgart” evdə “Borussia Mönchengladbach” və “Heidenheim” üzərində 1:0, “St. Pauli” üzərində isə 2:0 hesablı qələbə qazanıb.