Transfermarkt dünyanın ən dəyərli komandalarını açıqlayıb
Bakı, 20 oktyabr, Tsport.az
“Transfermarkt” futbolçuların bazar dəyərinə əsasən yeni siyahı tərtib edib.
Tsport.az xəbər verir ki, liderlikdə “Real Madrid” (1.4 milyard avro) qərarlaşıb.
2-ci sırada “Arsenal” – 1.31 milyard avro , 3-cü sırada “Manchester City” – 1.21 milyard avro,4-cü sırada “Liverpool” – 1.15 milyard avro, 5-ci sırada isə “Paris Saint-Germain (PSG)” – 1.15 milyard avro ilə yer alıb.
Siyahı “Transfermarkt”ın mütəmadi yenilənən transfer qiymətlərinə əsaslanır.