Dünya Futbolu

Türkiyə millisi ABŞ qarşısında möhtəşəm geridönüşə imza atdı!

Bakı, 8 iyun , Tsport.az 

Türkiyə millisi ABŞ millisi ilə yoldaşlıq oyununda geri dönüş edərək qalib gəldi.

Tsport.az xəbər verir ki , 2026 Dünya Çempionatı seçmə mərhələsinə hazırlıq çərçivəsində yoldaşlıq oyununa çıxan Türkiyə milli komandası ABŞ-ə qarşı geridönüşə imza atdı. Qarşılaşmada ilk dəqiqədə geriyə düşən “ay-ulduzlular”, Arda GülerKerem Aktürkoğlunun qolları ilə rəqibini 2:1 hesabı ilə məğlub etdi.

Oyunun önəmli anları:

1-ci dəqiqədə Jack McGlynn uzaq məsafədən vurduğu zərbə ilə ABŞ-ı önə keçirdi – 1:0.25-ci dəqiqədə Arda Gülerin qolu sayəsində  hesab bərabərləşdi ( 1:1).Cəmi 2 dəqiqə sonra, 27-ci dəqiqədə Kerem Aktürkoğlu komandasına üstünlük qazandırdı – 2:1.Oyunun qalan dəqiqələrində hesab dəyişmədi və Türkiyə millisi yoldaşlıq matçından qalib ayrıldı.

Qeyd edək ki, Türkiyə millisinin növbəti yoldaşlıq oyunu 11 iyun, çərşənbə günü Bakı vaxtı ilə saat 04:30-da Meksikaya qarşı olacaq.

Aytac Mustafayeva