Dünya Futbolu

U-20 Dünya Kubokunun ən yaxşı futbolçusu bəlli olub

Bakı, 20 oktyabr, Tsport.az

Mərakeşin gənclər millisinin ulduzu Othmane Maamma, Argentina üzərində 2:0 hesablı qələbə ilə bitən finaldan sonra U-20 Dünya Kubokunun ən yaxşı futbolçusu seçilib.

Tsport.az xəbər verir ki, 20 yaşlı hücumçu bu uğuru ilə adını Lionel Messi (2005), Diego Maradona (1979), Paul Pogba (2013) və Lee Kangin (2019) kimi futbol əfsanələrinin sırasına yazdırıb.

Montpellier akademiyasının yetirməsi olan Maammanın parlaq çıxışı onu gələcəyin ən perspektivli gənc oyunçularından biri kimi önə çıxarıb.