Dünya Futbolu

Viktor Gyökeres “Arsenal”a transfer olundu

Bakı, 2 iyul , Tsport.az 

Sporting CP” klubunda keçirdiyi uğurlu mövsümlə diqqət çəkən isveçli hücumçu Viktor Gyökeres karyerasını İngiltərədə davam etdirəcək.

Tsport.az  Nicolo Schiranın məlumatına istinadən verir ki, 27 yaşlı futbolçu “Arsenal” ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Gyökeres ötən mövsüm bütün turnirlərdə 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu performansı Avropanın aparıcı klublarının diqqətini çəkmişdi.

Qeyd olunur ki, “Manchester United” də hücumçunu transfer etmək istəyib. Lakin Gyökeres Çempionlar Liqasında iştirak etməyəcək komandaya keçməkdən imtina edib.