Williams”Barcelona”ya keçməməsinin səbəbini açıqladı
Bakı, 5 iyul , Tsport.az
İspaniya millisinin və “Atletic” klubunun futbolçusu Nico Williamsın “Barcelona”ya keçməməsinin səbəbi həm maliyyə, həm də emosional bağlılıq amilləri ilə izah olunur.
Tsport.az xəbər verir ki, “Barcelona” futbolçuya qat-qat az maaş təklif edib. Halbuki “Atletic” klubu Nico Williamsa illik 10 milyon avro maaşla 10 illik müqavilə təqdim edib və bu müqavilə onu klubun ən çox qazanan futbolçusuna çevirib.
Bundan əlavə, Williams özü də açıqlamasında qərarının arxasında şəxsi və emosional səbəblərin dayandığını bildirib. O deyib: “Qərar qəbul edərkən mənim üçün ən önəmlisi ürəyimdir. Mən harada olmaq istəyirdimsə, elə oradayam – öz xalqımla. Bu, mənim evimdir”.