Xavi Simons “Chelsea”yə keçir
Bakı, 23 avqust, Tsport.az
“Leipzig“in niderlandlı futbolçusu Xavi Simons karyerasını İngiltərədə davam etdirəcək.
Tsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqası təmsilçisi “Chelsea” ilə 6 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Xavi Simons “Barcelona”nın yetirməsidir.