Dünya Futbolu

“Juventus” və “Porto” futbolçu mübadiləsi edəcək

Bakı, 23 iyul , Tsport.az

İtaliyanın “Juventus” və Portuqaliyanın “Porto” klubları futbolçu mübadiləsi etməyə hazırlaşır. Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Tsport.az xəbər verir ki, Turin təmsilçisi “Porto”nun müdafiəçisi João Márionu transfer edəcək. Bunun əvəzində “Juventus” eyni mövqedə çıxış edən Albert Costanı Portuqaliya klubuna satacaq. Anlaşmaya əsasən, “Porto” “Juventus”a nağd şəkildə 3 milyon avro ödəyəcək, əlavə olaraq isə 1 milyon avro bonuslar nəzərdə tutulub.

Qeyd edək ki, Albert Costa 2024/2025 mövsümündə A Seriyasında 9 oyun keçirib. João Mário isə Portuqaliya çempionatında 27 oyunda meydana çıxıb.