“Juventus” yenə uduzdu – VİDEO
İtaliya A Seriyasının VIII turunda “Lazio” öz meydanında “Juventus”u qəbul edib.
“Tsport” xəbər verir ki, “Lazio” minimal hesablı qələbə qazanıb. – 1:0.
Oyunda yeganə qolu matçın 9-cu dəqiqəsində Toma Başiç vurub. Bu qələbədən sonra “Latsio”nun xalı 11-ə yüksəlib və komanda turnir cədvəlində 10-cu pilləyə qalxıb.
Ardıcıl uğursuz nəticələr göstərən “Juventus” isə artıq 8 oyun ardıcıl qələbə qazana bilmir.

