Zirə” və “Səbail”in sabiq futbolçusu İngiltərə klubuna transfer olub.
Bakı, 24 avqust, Tsport.az
Azərbaycanda çıxış etmiş futbolçu Ali Sesay karyerasını İngiltərədə davam etdirəcək.
Tsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Morecambe” klubuna keçib. Syerre-Leona millisinin sabiq üzvü son olaraq Vyetnamın “Thanh Hoa” klubunda oynayıb.
Qeyd edək ki, Sesay 2020-2021-ci illərdə “Zirə” və “Səbail” klublarının formasını geyinib.
Əsmər Mustafa