-->
Dünya Futbolu

Dünya nəhəngi Arda Güler üçün təklifi artırdı! Transfer haqqı…

Bakı, 14 aprel, Tsport.az

Real Madriddə oynamaq şansı tapmaqda çətinlik çəkən Türkiyəli milli futbolçu  Arda Gülerlə bağlı İspaniya mətbuatından diqqətçəkən bir iddia irəli sürülüb.

Tsport.az xəbər verir ki , Fichajesin yaydığı məlumata görə, “Arsenal”, Arda Gülerin transferi üçün ayırdığı büdcəni təxminən 41 milyon avroya yüksəldib.

XÜSUSİYYƏTLƏRİ İLƏ SEÇİLİR

Uğurlu futbolçunun oyun oxuma qabiliyyəti, top texnikası və hücumda təhlükə yaratmaq bacarığı ilə gələcək vəd edən bir oyunçu kimi önə çıxdığı vurğulanıb.Mikel Artetanın Ardanı heyətində görmək istədiyi qeyd olunarkən, klubun təkcə bu günü deyil, gələcəyi də düşündüyü bildirilib.

QİYMƏT “REAL MADRİD”İ RAZI SALA BİLƏR

“Arsenal”ın “Real Madrid”i asanlıqla razı sala bilməyəcəyi qeyd edilsə də, İngilis klubunun təqdim edəcəyi ilk təklifin danışıqlar üçün yaxşı bir zəmin yarada biləcəyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl “Gunners” rəhbərliyinin Arda Güler üçün 20 milyon avro təklif etməyə hazırlaşdığı iddia olunmuşdu.

BU MÖVSÜMDƏKİ PERFORMANSI

2024/25 mövsümündə Real Madrid forması ilə bütün turnirlərdə 34 matça çıxan 20 yaşlı futbolçu 3 qol və 7 assist ilə yadda qalıb.

Aytac Mustafayeva